Paralimpiyaçımız Pərvin Məmmədov “Tokio-2020”yə lisenziya qazanıb

Milli Paralimpiya komandamızın idmançısı “Tokio-2020” Yay Paralimpiya Oyunlarına 19-cu lisenziyanı qazanıb.
1news.az xəbər verir ki, Dubayda keçirilən dünya kuboku yarışlarında Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Pərvin Məmmədov (49 kq) 157 kiloqram nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb.
Dubayda keçirilən dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş P.Məmmədov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları “Tokio-2020”yə artıq 19 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.