Avropa çempionatında boksçumuz dörddəbir finala yüksəlib
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
1news.az-ın xəbər verir ki, 41 ölkənin qatıldığı yarışda daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb. Belə ki, Maqsud Xasmetov (56 kq) səkkizdəbir finalda Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, dörddəbir finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.
Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) də dörddəbir finala vəsiqə qazanıb. Çempionat iyunun 24-də başa çatacaq.
346