Binəqədidə 36 yaşlı kişinin meyiti aşkarlanıb - Cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə 36 yaşlı kişinin meyiti aşkarlanıb - Cinayət işi başlanılıb

Qafar Ağayev10:10 - 21 / 06 / 2021
Binəqədidə 36 yaşlı kişinin meyiti aşkarlanıb - Cinayət işi başlanılıb

İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər