Azərbaycanda 22 iyuna olan koronavirus statistikası açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 335568 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329710 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib, aktiv xəstə sayı 895 nəfərdir.
Ölkədə son sutka ərzində 9247, hazırkı dövrədək isə 3690224 test aparılıb.
Vurulan vaksinlərin sayı 3 milyonu keçdi - STATİSTİKA
762