50 nəfərlik şənlik mərasimlərində maskadan istifadə məcburi olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

50 nəfərlik şənlik mərasimlərində maskadan istifadə məcburi olacaq

10:27 - 22 / 06 / 2021
50 nəfərlik şənlik mərasimlərində maskadan istifadə məcburi olacaq

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.

1news.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmayacaq.

1news.az

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər