“Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı” – Murad Arif | 1news.az | Xəbərlər
Mədəniyyət

“Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı” – Murad Arif

12:34 - 22 / 06 / 2021
“Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı” – Murad Arif

“İllərlə apardığım məclislərin əksəriyyəti zatən bu formatda keçirdi”

Bu barədə toyların keçirilməsi ilə bağlı 1news.az-a danışan müğənni-bəstəkar Murad Arif deyib.

“15 illik məclis təcrübəmdən öyrəndiyim odur ki, ən gözəli budur. 100-150 nəfər qonaq, kiçik heyyət ansambl, 1 yaxşı oxuyan, 1 aparıcı, 1-2 ulduz müğənni, saat 00:00-da hər kəs evinə. Məclis sahibi ən doğmalara dəvətnamə çatdırır, hər kəsə diqqət ayıra bilir, masalar azaldıqca mətbəx kontrolu, təamların ləzzətini diqqətdə saxlayır. Baş şişmir. Hamı hər kəsi tanıyır, hamı rahat və sərbəstdir. Ən səmimi məclislər, az qonaqlı məclislərdir”.
“Məclisin daha xudmanı olması, tədbiri daha rahat və daha səmimi edir” – deyə, M.Arif sözlərinə əlavə edib:

“Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı. Ev yiyəsinə də rahat olur, məclis bazar-vağzala dönmür, toya yalnız yaxınlar, yalnız doğmalar dəvət alır. Ən əsası, israfı da kontrolda saxlamaq olur. Biri var 70 masanı idarə edəsən, biri də var 10-15 masaya diqqət ayırasan. Gözəl tətbiqdir. Mən bu qərarı alqışlayıram”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişikliyə əsasən, 1 iyul tarixindən müəyyən şərtlərlə Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.

Həmçinin oxu: İyulun 1-dən toy və nişanlara icazə verildi - ŞƏRTLƏR

Feliks Vishnevetsky

Paylaş:
1360

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər