Fermerlərin NƏZƏRİNƏ: Təkrar əkinlərə görə subsidiya müraciətlərinin qəbuluna başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fermerlərin NƏZƏRİNƏ: Təkrar əkinlərə görə subsidiya müraciətlərinin qəbuluna başlanılıb

Qafar Ağayev15:17 - 23 / 06 / 2021
Fermerlərin NƏZƏRİNƏ: Təkrar əkinlərə görə subsidiya müraciətlərinin qəbuluna başlanılıb

Təkrar əkin subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) 1news.az-a verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib ki, təkrar əkin subsidiyası fermerlərə bir ildə 2 dəfə əkin subsidiyası almaq üçün yaradılmış imkandır: “Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər”.

Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır.

(http://akia.gov.az/assets/upload/files/AQRAR%20SUBSI%CC%87DI%CC%87YA%20%C6%8FMSALLARI%202021.pdf)

Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər.

AKİA rəsmisi onu da əlavə edib ki, təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.

Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, təkrar əkin subsidiyası da fermer kartına köçürülür. Vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

Paylaş:
414

Son xəbərlər

Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 09:54Ceyhun Bayramov TDT Nazirlər Şurası iclasında COP29-a hazırlıq barədə məlumat verib - FOTOBu gün, 09:51Radio və televiziya işçilərinin peşə bayramı günüdürBu gün, 09:37AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:33Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutubBu gün, 09:20Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıbBu gün, 09:12Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 09:03FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50
Bütün xəbərlər