Azərbaycanda 84 nəfər koronavirusdan sağalıb - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 335625 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329794 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.
Ölkədə son sutka ərzində 7948, hazırkı dövrədək isə 3698172 test aparılıb.
Bu gün 47824 nəfərə vaksin vurulub - STATİSTİKA
870