Muğanbankın reytinqi 'CCC + / C' səviyyəsindən 'B- / B' səviyyəsinə yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Muğanbankın reytinqi 'CCC + / C' səviyyəsindən 'B- / B' səviyyəsinə yüksəlib

09:58 - 24 / 06 / 2021
Muğanbankın reytinqi 'CCC + / C' səviyyəsindən 'B- / B' səviyyəsinə yüksəlib

22 iyun 2021-ci il tarixdə S&P Global Ratings beynəlxalq reytinq agentliyi Muğanbank üzrə uzun və qısamüddətli emitent kredit reytinqlərini 'CCC + / C' dən 'B- / B' səviyyəsinə yüksəltmiş, banka dair proqnozunu Sabit olaraq qiymətləndirmişdir.

Agentliyin məlumatına əsasən Muğanbankın ani likvidlik əmsalı sabitləşmiş və 2021-ci ildə (minimum normativ 30%-lə müqayisədə) 50%-dən yuxarı olmuş, fiziki şəxslərin depozit bazası isə 2021-ci il aprel ayının əvvəlində depozitlərin tam sığortalanma müddəti bitdikdən sonra artmışdır. Məlumatda, həmçinin, banka, nəzarətçi səhmdarı tərəfindən 5 milyon Azərbaycan manatı məbləğində kapital qoyuluşunun edildiyi və bankın 2021-ci ilin ilk beş ayı ərzində yerli mühasibat standartlarına uyğun olaraq kiçik həcmdə mənfəət əldə etdiyi qeyd edilir. Qeyd edilən müsbət tendensiyalar, S&P Global Ratings-in bank üzrə uzun və qısamüddətli emitent kredit reytinqlərini 'CCC + / C' səviyyəsindən 'B- / B' səviyyəsinə yüksəltməsinə səbəb olmuşdur.

Agentlik, növbəti 12 ay ərzində bankın reytiqinin Sabit-dən Müsbət səviyyəyə yüksələcəyini ehtimal etmir, bankın franşizasının rentabelli böyümə ilə nəticələnmədiyi və aktivlərin keyfiyyətindəki yaxşılaşma tendensiyasının əksinə olacağı təqdirdə isə, növbəti 12 ay ərzində mənfi reytinqin yarana biləcəyini, depozitlərin bankdan axını baş verdikdə, likvidliyin zəifləyəcəyini proqnozlaşdırır.

Reklam hüququnda

Paylaş:
250

Son xəbərlər

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51
Bütün xəbərlər