Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO

Qafar Ağayev10:03 - 24 / 06 / 2021
Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO

Hərbi Dəniz Qüvvələrində (HDQ) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə HDQ komandanı kontr-admiral Sübhan Bəkirov çıxış edərək Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.

HDQ komandanı Vətən müharibəsində qazanılan Qələbə və qarşıdan gələn 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş hərbi qulluqçulara medallar, xidmətdə fərqlənən digər hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Paylaş:
383

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilir14 / 05 / 2024, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib14 / 05 / 2024, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq14 / 05 / 2024, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB14 / 05 / 2024, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub14 / 05 / 2024, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcək14 / 05 / 2024, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO14 / 05 / 2024, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdür14 / 05 / 2024, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb14 / 05 / 2024, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTO14 / 05 / 2024, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavab14 / 05 / 2024, 14:45
Bütün xəbərlər