Azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib - FOTO

Qafar Ağayev11:31 - 24 / 06 / 2021
Azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə azad edilmiş ərazilərdə yerləşən bölmələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, növbəti tədbir səyyar təşviqat qrupunun üzvlərinin və şəxsi heyətin iştirakı ilə Kəlbəcər rayonu ərazisində təşkil olunub.

Əvvəlcə bayram günü üçün böyük ölçüdə hazırlanmış Azərbaycan Respublikasının Dövlət Bayrağı “Yaşasın Azərbaycan” şüarı altında şəxsi heyət tərəfindən qaldırılıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən, döyüşlərdə göstərilən şəxsi igidlik və qəhrəmanlıq nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyətindən danışılıb.

Bu ərazilərdə xidmət edən hərbi qulluqçuların doğmalarına çatdırmaq istədikləri istək və arzuları video çəkiliş vasitəsi ilə qeydə alınıb. Əsgərlərin yaxınları üçün hazırlanmış video süjetlər Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbçilərin ailələrinə göndərilib.

Bayram tədbirində istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında təqdim edilən vətənpərvərlik mövzusunda musiqi nömrələri hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanıb

Paylaş:
407

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər