Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü

10:40 - 25 / 06 / 2021
Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. "Chevrolet"in sürücüsü və sərnişini ona yol vermədiyini əsas gətirərək S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.

Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fotoda: Nahid Cəbiyev

1news.az

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər