Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

S.Xankişiyeva10:03 - 28 / 06 / 2021
Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, iyunun 27-də saat 23 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Tovuz rayon sakinləri Zamin Abbasov, Elnur Əliyev, Novruz Vəliyev və Rövşən Vəliyev sonuncunun idarə etdiyi avtomaşınla birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər