Azərbaycan vətəndaşı Avropa Yenidənqurma və İnkişaf Bankında yüksək vəzifəyə təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan vətəndaşı Avropa Yenidənqurma və İnkişaf Bankında yüksək vəzifəyə təyin olunub

S.Xankişiyeva12:26 - 28 / 06 / 2021
Azərbaycan vətəndaşı Avropa Yenidənqurma və İnkişaf Bankında yüksək vəzifəyə təyin olunub

Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qırğızıstan, Tacikistan və Türkmənistanda regional rəhbəri təyin olunub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Bank məlumat yayıb.

Qeyd olunur ki, ofis Qırğızıstanın paytaxtı Bişkekdə yerləşəcək. A.Rüstəmova 2021-ci il sentyabrın 1-də vəzifələrinin icrasına başlayacaq.

Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova 2001-ci ildən AYİB-də işə başlayıb. O, 2017-ci ildə AYİB-in Tacikistanda regional rəhbəri təyin olunub.

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər