Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək

S.Xankişiyeva15:32 - 29 / 06 / 2021
Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək

Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat təsdiqlənib.

Bildirilib ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər