Təhsil Nazirliyinin elektron xidmətlər portalında peşə təhsili pilləsi üzrə yeni xidmət istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyinin elektron xidmətlər portalında peşə təhsili pilləsi üzrə yeni xidmət istifadəyə verilib

Qafar Ağayev11:54 - 29 / 06 / 2021
Təhsil Nazirliyinin elektron xidmətlər portalında peşə təhsili pilləsi üzrə yeni xidmət istifadəyə verilib

Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən portal.edu.az platformasına iyun ayından etibarən peşə təhsili pilləsi üzrə təhsil alanlar üçün yeni elektron xidmət əlavə edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən 1news.az-a bildirilib ki, xidmət peşə təhsilinə fasilə verən tələbələrin bərpasını elektron qaydada həyata keçirir. Belə ki, peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslərin yenidən təhsillərini davam etdirə bilmələri məqsədilə “Təhsilin bərpası” elektron xidməti vətəndaşların istifadəsinə verilib.

Xidmətdən istifadə etmək istəyən vətəndaşlar portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətinə daxil olaraq, elektron müraciətlərini göndərə bilərlər. Daxil edilən məlumatların doğruluğu elektron sistem vasitəsilə yoxlanıldığı və məlumatlar təsdiqini tapdığı təqdirdə, təhsilinə fasilə vermiş tələbə müvafiq istiqamət üzrə bərpa olunaraq təhsilini davam etdirə biləcək. Yeni xidmət peşə təhsili üzrə vahid mərkəzləşmiş elektron idarəetmənin tərkib hissəsidir. Xidmət bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin edəcək.

Xatırladaq ki, 2020-2021-ci tədris ilindən başlayaraq peşə təhsil müəssisələrinə tələbə qəbulu mərkəzləşmiş elektron sistem vasitəsilə aparılır.

Paylaş:
388

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər