Füzulidə minalı meşə zolağında yanğın başlayıb, yanğının söndürülməsinə helikopter cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə minalı meşə zolağında yanğın başlayıb, yanğının söndürülməsinə helikopter cəlb olunub

17:02 - 30 / 06 / 2021
Füzulidə minalı meşə zolağında yanğın başlayıb, yanğının söndürülməsinə helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər