Azad edilmiş ərazilərlə bağlı iki İşçi Qrupunun birgə iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərlə bağlı iki İşçi Qrupunun birgə iclası keçirilib

S.Xankişiyeva15:29 - 01 / 07 / 2021
Azad edilmiş ərazilərlə bağlı iki İşçi Qrupunun birgə iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi Qrupu ilə Ekoloji məslələr üzrə İşçi Qrupunun birgə iclası keçirilib.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

İşğaldan azad olunmuş ərazilərdə yanğınların qarşısının alınması və bu istiqamətdə aidiyyəti qurumların səylərinin birləşdirilməsi məsələləri də iclasda müzakirə olunub, yanğınların qarşısının alınması üçün hərbi qulluqçular və mülki işçilər arasında maarifləndirmə işlərinin səmərəliyinin artırılmasının, təbliğat işlərinin intensivləşdirilməsinin və bu tədbirlərdə kütləvi informasiya vasitələrinin iştirakının genişləndirilməsinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bu ərazilərdə yerləşən hərbi hissələri, müvafiq dövlət orqanları və təşkilatlar arasında məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Paylaş:
219

Son xəbərlər

Taleh Kazımov: “Dayanıqlı iqtisadiyyata keçidə qeyri-neft-qaz sektoruna investisiyalar təkan verəcək”Bu gün, 16:50Güclü külək əsəcək, dolu düşəcək - Hava XƏBƏRDARLIĞIBu gün, 16:45Ağdaşda bələdiyyə sədri və MMC direktoru həbs edilibBu gün, 16:23“Seranit” Bakıda yeni sərgi salonu ilə beynəlxalq bazarlarda gücünü artırır - FOTO – VİDEOBu gün, 15:50VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunubBu gün, 15:34Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilibBu gün, 15:10Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıbBu gün, 14:34Deputat: “Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub”Bu gün, 14:21Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşübBu gün, 14:20Gülnarə Abbasova: Bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdırBu gün, 13:34Azərbaycan və Qazaxıstan respublikaları arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb - VİDEOBu gün, 13:28Sabah 35 dərəcəyədək isti olacaq - ProqnozBu gün, 13:20Ələt-Astar-İranla dövlət sərhədi avtomobil yolu təmir olunurBu gün, 13:16“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcəkBu gün, 12:58Bu prospektdə təmirlə bağlı məhdudiyyət tətbiq edildiBu gün, 12:37Monitorinq keçirildi - Ən təmiz və ən çirkli çimərliklərin adları açıqlandı - SİYAHIBu gün, 12:11“Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayırBu gün, 12:08Faydalı qazıntı yataqlarına baxış keçirilibBu gün, 11:49Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyinatı olubBu gün, 11:42Magistraturaya qəbul üzrə musiqi sənətinin qabiliyyət imtahanı ilk dəfə canlı yayımlanacaqBu gün, 11:37
Bütün xəbərlər