Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb

S.Xankişiyeva16:17 - 01 / 07 / 2021
Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb

Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq yekunlaşdırılıb.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Əvvəllər xəbər verildiyi kimi, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər