Lənkəranda süpürgəçi qadını elektrik cərəyanı vurub öldürdü - Cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda süpürgəçi qadını elektrik cərəyanı vurub öldürdü - Cinayət işi başlanıldı

Qafar Ağayev09:56 - 01 / 07 / 2021
Lənkəranda süpürgəçi qadını elektrik cərəyanı vurub öldürdü - Cinayət işi başlanıldı

İyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, Lənkəran rayon sakini Kitabə Quliyevanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Lənkəran rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olmuş, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölmüşdür.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər