Novxanıda sürücüyə qarşı yersiz hərəkət edən yol polisi cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Novxanıda sürücüyə qarşı yersiz hərəkət edən yol polisi cəzalandırıldı

12:53 - 01 / 07 / 2021
Novxanıda sürücüyə qarşı yersiz hərəkət edən yol polisi cəzalandırıldı

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:

"Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, sürücü ilə kobud rəftarına görə intizam qaydasında cəzalandırılıb".

1news.az

Paylaş:
221

Son xəbərlər

Bütün xəbərlər