Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi - FOTO

Qafar Ağayev13:12 - 02 / 07 / 2021
Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi - FOTO

Bu gün “Azərxalça”- nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib.

“Azərxalça”dan 1news.az-a verilən məlumata görə, xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.

Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.

Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər