Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq

Qafar Ağayev16:15 - 02 / 07 / 2021
Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yeni inşa olunan çoxmənzilli binalarda sayğacların quraşdırılması zamanı sakinlərdən sayğacın dəyərinin tələb olunmasına dair müraciətləri araşdırıb.

Dövlət Xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, mənzil tikinti kooperativi sayğacları enerji təchizatı ilə məşğul olan qurumlardan öz hesablarına aldıqlarını əsas gətirərək sakinlərdən sayğacların dəyərini tələb edir.

Qeyd edilən məsələlərin müzakirəsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində enerji təchizatı ilə məşğul olan qurumların nümayəndələri ilə görüş keçirib. Görüş zamanı mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan qaz sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi hallarına yol verilməməsinin və bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.

Qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq.

Paylaş:
446

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər