“Ali təhsil haqqında qanunda hansı dəyişikliklər gözlənilir?” – “Çıxışa doğru”da MÜZAKİRƏ

“Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı dəyişikliklər edilib.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Ali təhsil haqqında qanunda hansı dəyişikliklər gözlənilir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – UNEC "Sabah" Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva, təhsil eksperti Kamran Əsədov, Milli Məclisin deputatı Ceyhun Məmmədov və karyera üzrə mütəxəssis Adil Vəliyev mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

.jpeg)

