Avqustun birinci yarısında keçiriləcək imtahanların SİYAHISI | 1news.az | Xəbərlər
Cəmiyyət

Avqustun birinci yarısında keçiriləcək imtahanların SİYAHISI

Qafar Ağayev11:29 - 05 / 07 / 2021
Avqustun birinci yarısında keçiriləcək imtahanların SİYAHISI

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanların siyahısını açıqlayıb.

1news.az siyahını təqdim edir.

4 avqustda:

- hərbi liseylərə qəbul imtahanı

- rezidenturaya qəbul imtahanı 1-ci mərhələ 2-ci cəhd

11 avqustda:

- Dövlət qulluğuna qəbul imtahanı (B növü) - 4 avqust

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə, avqustun 11-də:

- əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

12 avqustda:

- 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər