2 ilə toxunan 57 kiloluq Quba xalçası - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

2 ilə toxunan 57 kiloluq Quba xalçası - FOTO

Qafar Ağayev13:23 - 06 / 07 / 2021
2 ilə toxunan 57 kiloluq Quba xalçası - FOTO

“Azərxalça”nın Qəbələ emalatxanasında bu gün son iki ilin ən böyük xalçası kəsilib.

1news.az xəbər verir ki, 24 kv. metrlik (4x6) xalça 57.2 kq-dır.

Bildirilib ki, “Pirəbədil” çeşnili Quba xalçasının toxunmasına toxucular – Nəsirova Aygün, Şəkərxanova Xatirə və Sarıyeva Ülviyyə hələ 2018-ci ilin aprel ayında başlayıblar. COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. 1 il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilib və iyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.

Böyük ölçülü xalçaları toxucular adətən 1il – 1 il 3 ay müddətində toxuyurlar.

Xatırladaq ki, emalatxanaların hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər