Hacıqabulda 37 yaşlı kişinin qulağını kəsdilər

Hacıqabul sakininin qulağı kəsilib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu mübahisə zəmnində tanıdığı şəxs tərəfindən qulağı kəsilib.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
283