Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı Hesab.az, AsanPay, Portmanat və “Hökümət ödəniş portalına” əlavə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı Hesab.az, AsanPay, Portmanat və “Hökümət ödəniş portalına” əlavə olundu

13:57 - 08 / 07 / 2021
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı Hesab.az, AsanPay, Portmanat və “Hökümət ödəniş portalına” əlavə olundu

Qarabağ bölgəsinin erməni işğalından azad edilməsi humanitar fəlakətlə yanaşı, dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi də üzə çıxardı.

Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır.

Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına da böyük zərər vurulmuşdur.

Bərpa və quruculuq işlərinin uğurla yerinə yetirilməsi üçün dövlətin, cəmiyyətin və diasporumuzun səylərininin birləşdirilməsi vacibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaranan Qarabağ Dirçəliş Fondu bu işdə səylərin birləşdirilməsi üçün vahid platformadır.

Fond işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

İşğaldan azad olunmuş ərazilərin bərpasını dəstəkləmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı bir neçə platformalara əlavə olunub.

İndi ianə etmək istəyən şəxslər ödənişi Hesab.az, AsanPay, Gpp.az (“Hökümət ödəniş portalı”) və Portmanat onlayn xidmətlər portallarının həm müvafiq vebsayt, həm Android və İOS mobil tətbiqləri vasitəsilə həyata keçirə bilərlər.

Onlayn ödəniş vebsaytları:

· https://hesab.az/unregistered/#/direct-pay/charity/qdf/parameters

· https://asanpay.az/payments/fond/2005766

· https://gpp.az/WebPortal/Infosite/Sc/988000/Category/8

· https://portmanat.az/project/withcode/963/qarabag-dircelis-fondu

Android tətbiqləri:

· https://play.google.com/store/apps/details?id=hesab.az

· https://play.google.com/store/apps/details?id=www.gpp.az

· https://play.google.com/store/apps/details?id=az.portmanat.app

iOS tətbiqləri:

· https://apps.apple.com/us/app/hesab-az/id977080340

· https://apps.apple.com/us/app/h%C3%B6kum%C9%99t-%C3%B6d%C9%99ni%C5%9F-portal%C4%B1/id997640011

· https://apps.apple.com/az/app/portmanat/id968322136

Qarabağ Dirçəliş Fonduna ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı burada: https://qdf.gov.az/iane-et/

1news.az

Paylaş:
309

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər