İlk dəfə ana və balanın adından qrup yaradıldı – “Günaydın” - VİDEO – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk dəfə ana və balanın adından qrup yaradıldı – “Günaydın” - VİDEO – FOTO

10:30 - 09 / 07 / 2021
İlk dəfə ana və balanın adından qrup yaradıldı – “Günaydın” - VİDEO – FOTO

Azərbaycanın xalq artisti, Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın rəhbərlik etdiyi və onun adını daşıyan Vokal Musiqi Məktəbində gənc ifaçı Aydın Əliyevin ilk solo-konserti keçirilib.

1news.az xəbər verir ki, sözügedən məktəbin tələbəsi olan Aydın Əliyev artıq iki ilə yaxındır ki, bu məktəbdə vokal dərsləri alır. Eyni zamanda gənc ifaçı bu məktəbdə fortepianoda peşəkar ifa etmək bacarığını da artırır.

Konsertdə Aydın Əliyevin ifasında əsasən dünya klassik əsərləri, eyni zamanda Azərbaycanın xalq mahnıları, sonda isə Müslüm Maqomayevin "Azərbaycan" əsəri səslənib.

Proqramın maraqlı hissələrindən biri də Aydın Əliyevin anası Günay Əliyevanın övladı ilə birgə səhnəyə çıxması, söz müəllifi və bəstəsi özünə məxsus olan "Sevgi yağışı" mahnısını ifa etməsi olub. Ana və balanın adından götürülən qrupa "Günaydın" adı verilib.

Övladının ilk solo konserti ilə bağlı fikirlərini bölüşən Günay Əliyeva, bütün analara səslənərək övladlarına dəstək olmağı tövsiyə edib: "Aydın çox kiçik yaşlarından istedadı ilə seçilirdi. Onun bağçada da hər zaman xüsusi proqramlarda yer alması Aydının incəsənətə bağlı uşaq olduğundan xəbər verirdi. Sözsüz, övladların arzularının gerçəkləşməsi valideynin əsas vəzifə borcudur. Mən də oğlumun istedadını, incəsənətə, klassikaya xüsusi marağını, sevgisini görüb Fidan Hacıyevaya müraciət etdim. Səhnəmizin dəyərli və sevimli sənətkarı da hər zaman olduğu kimi Aydına dəstəyini əsirgəmədi. Bu Musiqi Məktəbindəki yaradıcı mühit həqiqətən də hər bir insana musiqini, klassikanı daha da sevdirir. Aydınla birgə mən də musiqinin, yaradıcı mühitin sehrinə düşdüm və artıq musiqilər yazmağa başladım. Burada ifa etdiyimiz mahnılardan birinin də müəllifi özüməm. Oğlumla birgə səhnəyə çıxmaq və ona arxa-dayaq olmaq mənə böyük zövq yaşadır. Analara səslənərək bildirirəm ki, heç nədən çəkinməyin, əgər balanızda istedad görürsünüzsə lazım gəlsə özünüz də oxuyun və ona dəstək olun. Əsas balalarımızın özlərinə xoşbəxt və uğurlu gələcək qurmalarına xidmət etməliyik".

G.Əliyeva onu da əlavə edib ki, artıq "Günaydın" qrupu olaraq bir neçə mahnı hazırlanıb və bu mahnılardan birinə hazırda klip çəkilişi nəzərdə tutulub: "Aydının gələcəkdə dünya səhnələrində çıxış etməsini arzu edirəm və buna çox inanıram. Balamın təhsilinin "La Skala"da davam etməsini istəyirəm".

Xalq artisti Fidan Hacıyeva Aydının istedadlı və bacarıqlı gənc olmasından, eyni zamanda musiqiyə olan marağından söz açıb: "Əslində Günay xanımın balasına bu cür dəstək olmasını çox təqdir edirəm. Valideynlərin dəstəyi bu məqamda çox vacibdir. Həqiqətən də Günay xanımın balası ilə birgə səhnəyə çıxması, onunla ifa etməsi bir ananın verə biləcəyi ən böyük dəstəkdir. Mən buna görə Aydının anasını alqışlayıram. Aydının gələcəkdə Azərbaycanın adını layiqincə təmsil edəcəyinə və dünyanın məşhur səhnələrində çıxış edəcəyinə inanıram".

Gənc ifaçının atası Vüqar Əliyev də övladının ilk solo-konsertində iştirak etməsindən və onun səhnədəki ilk addımlarına dəstək verməsindən məmnunluğunu ifadə edib: "Bu gün Aydın üçün çox özəl bir gündür. Əlbəttə ki, Aydının özəl günü bizim üçün çox önəmlidir. Fidan Hacıyevanın rəhbərliyi ilə Aydın ən gözəl səhnələrdə çıxış edəcək, çünki o, bu sahədə uğur qazanmaq üçün dayanmadan çalışır. Sözsüz, hər uğurun arxasında böyük əzm və zəhmət, eyni zamanda valideyn dəstəyi dayanır. Biz valideyn olaraq Aydına hər zaman dəstək olacağıq. Oğluma hər zaman uğurlar diləyirəm".

Konsertin sonunda Fidan Hacıyeva və "Günaydın" qrupunun ifasında Müslüm Maqomayevin "Azərbaycan" əsəri səslənib. Günay və Aydın Əliyevlərə gül dəstələri təqdim edilib və bu əlamətdar gün münasibəti ilə hər kəs onları təbrik edib.

Aydının sevgiylə başladığı musiqili yolçuluğu hər an açıq olsun.

1news.az

Paylaş:
603

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər