Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 336962 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.
Ölkədə son sutka ərzində 3831673, hazırkı dövrədək isə 9947 test aparılıb.
Həmçinin oxu: COVID-19-a qarşı peyvənd olunanların sayı 4 milyona çatdı
1025