Ucarda 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

11:03 - 09 / 07 / 2021
Ucarda 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

1news.az Trend-ə istinadən bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ekspertizalar keçirilir.

Qeyd edək ki, iyulun 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində sürücü N. Axundov və 4 sərnişini dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.

1news.az

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər