Vətən müharibəsində itkin düşən kapitanının nəşi tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində itkin düşən kapitanının nəşi tapılıb

S.Xankişiyeva14:00 - 10 / 07 / 2021
Vətən müharibəsində itkin düşən kapitanının nəşi tapılıb

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, 9 ay əvvəl Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.

Allah rəhmət eləsin!

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər