İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı

S.Xankişiyeva15:26 - 10 / 07 / 2021
İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Tuğ kəndi ərazisində 322 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər