Şüvəlanda 3 nəfər dənizdə batıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şüvəlanda 3 nəfər dənizdə batıb - VİDEO

S.Xankişiyeva17:03 - 10 / 07 / 2021
Şüvəlanda 3 nəfər dənizdə batıb - VİDEO

Bakıda dənizdə boğulan 3 nəfərin kimliyi məlum olub.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. Həyata keçirilən tədbirlər nəticəsində 1990-cı il təvəllüdlü Əliyev İbrahim Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əliyev Asim Azər oğlu və 1995-ci il təvəllüdlü Məmmədova Nuranə Vəli qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər