Şəhid Nəbi Hüseynovun anım günü idi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Nəbi Hüseynovun anım günü idi - VİDEO

13:21 - 12 / 07 / 2021
Şəhid Nəbi Hüseynovun anım günü idi - VİDEO

Baş leytenant Murovdağ, Xocavənd Və Cəbrayılda döyüşüb.

1news.az Real TV-ə istinadən bildirir ki, Nəbi Hüseynov İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid vətən oğullarından biri Qazax rayonunun 1-ci Şıxlı kəndində doğulan Nəbi, kiçik yaşlarından hərbiyə maraq göstərir. O, 8-ci sinfi bitirdikdən sonra ailəsinin qarşı çıxmağına baxmayaraq, arzusunun ardınca gedərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı ixtisaslı artilleriya zabiti kimi bitirir. Aprel döyüşlərində topçu zabit kimi iştirak edən Nəbi Hüseynov, sonradan Xüsusi Təyinatlı qüvvələrdə zabit kimi çalışmağa başlayır. Anasının dediyinə görə, Nəbi aprel döyüşlərindən sonra sanki daha 10 yaş böyüyür.

Şəhidimizin valideynləri deyir ki, Vətən müharibəsinin ilk günlərindən Murovdağı istiqamətində döyüşlərdə iştirak edən Nəbi, Xocavənd və Cəbrayılda da döyüşüb.

Müharibə vaxtı müxtəlif istiqamətlərdə gedən ağır döyüşlərdə fəal iştirak edən baş leytenant Nəbi Hüseynov, ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlib.

Şəhidin anası Gülnarə Hüseynova oğlunun evlənmək istəyindən də danışaraq bildirib ki, Nəbi üçün elçi getməyə hazırlaşırdılar.

Şəhidin 29-cu doğum günü onun məzarı başında qeyd olundu. Bu məqsədlə şəhidin yaxınları, ailəsi və dostları bir araya toplaşmışdılar. Xatırladaq ki, döyüşlərdə göstərdiyi şücaətə görə orden və medallarla təltif olunan Nəbi Hüseynov, Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib.

1news.az

Paylaş:
251

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər