Gəncə polisi qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxsləri saxlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə polisi qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxsləri saxlayıb - FOTO

Qafar Ağayev10:40 - 12 / 07 / 2021
Gəncə polisi qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxsləri saxlayıb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilib.

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov saxlanılıb. Onun üzərindən narkotik vasitə olan “metamfetamin” aşkar edilərk götürülüb. İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq “metamfetamin” əldə edib saxlaması aşkar edilib.

Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu tədbir nəticəsində isə şəhər sakinindən külli miqdarda narkotik vasitə olan “marixuana” aşkar edilib. Natiq Şükürovun üzrəindən aşkar edilən narkotik vasitə müvafiq ekspertizaya təqdim edilib.

Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sosial şəbəkələrdə narkotik vasitələri onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev saxlanılıb. Üzərindən külli miqdarda “heroin” aşkar edilən Ə. Hacıyev ifadəsində internet resurlarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
346

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər