“İrəli”də “Marş İrəli” başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrəli”də “Marş İrəli” başlayır

Qafar Ağayev11:13 - 12 / 07 / 2021
“İrəli”də “Marş İrəli” başlayır

Gənclərin asudə vaxtının səmərəli təşkili və gənclərdə milli ruhun formalaşması istiqamətində silsilə layihələrin təşkilatçılığı ilə tanınan “İrəli” İctimai Birliyi tezliklə indiyədək iki mövsümü uğurla başa vurmuş “Marş İrəli” layihəsinə başlayacaq.

1news.az xəbər verir ki, Layihənin əsas məqsədi Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə verməkdir. Uzun müddətdir mövcud pandemiya səbəbindən genişmiqyaslı layihələrin icrası dayansa da, vaksinasiya tədbirləri nəticəsində epidemioloji vəziyyətin stabilləşməsi nəzərə alınaraq “İrəli” İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Marş İrəli” layihəsinin 3-cü mövsümünə start verir. Layihə 2021-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda baş tutacaq.

Bu layihəni əvvəlkilərdən fərqləndirən əsas cəhət isə, heç şübhəsiz, Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin verdiyi ruh yüksəkliyidir. Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və şücaət bu sahədə görülən işlərin uğurlu olduğunu nümayiş etdirdi. Cənab Prezident işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı çıxışlarında Qarabağı azad edənlərin əksəriyyətinin məhz onun Prezidentliyi dövründə yetişən gənclərin olmasını vurğulaması gənclərə verilən ən yüksək qiymətdir.

Açıq hava şəraitində, düşərgə formatında keçiriləcək hərbi simulyasiya xarakterli layihə çərçivəsində 100-ə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, həmçinin müxtəlif mövzularda maarifləndirici təlim sessiyalarında iştirak edəcəklər. Gənclərin layihədə iştirakı əsasında fiziki dözümlülüyü artacaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında gənclər öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Layihə çərçivəsində, həmçinin, N saylı hərbi hissəyə səfər və digər maraqlı tədbirlər də nəzərdə tutulub.

Layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 80 nəfər gənc seçilərək iştirak haqqı qazanacaqdır.

Xatırladaq ki, hazırki dövrədək “İrəli” İctimai Birliyi tərəfindən “Marş İrəli” layihəsinin iki mövsümü uğurla həyata keçirilib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 400-ə yaxın gənc iştirak edib.

44 günlük Vətən müharibəsində “İrəli” gəncləri həm ön, həm də arxa cəbhədə xüsusi xidmətlər göstəriblər. Bu gənclərin arasında vaxtilə “Marş İrəli” layihəsində iştirak edənlər də var. “İrəli” İB daim dövlətin gənclərlə bağlı siyasətini rəhbər götürür, buna dəstək olmaq üçün səy göstərir.

Paylaş:
345

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər