Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb

13:50 - 13 / 07 / 2021
Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.

1news.az-ın xəbərinə görə, dənizdə batan şəxslərdən birinin meyitini dalğa dəniz sahilinə çıxarıb.

Digər şəxsin meyiti isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Qeyd edək ki, ötən gün Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barəsində məlumat daxil olub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

1news.az

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər