“Məşğulluq Marafonu” qəhrəmanlarımızın məşğulluğuna necə dəstək olur?” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın bütün sahələrdə dəstəklə təmin olunması üçün genişmiqyaslı işlər aparılır.
Bununla bağlı yeni kampaniyalardan biri də “Məşğulluq Marafonu”dur, artıq bu kampaniyaya start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda bu marafona 54 işəgötürən qoşulub. İşəgötürənlər mövcud olan və yeni yaratdıqları, müxtəlif peşə sahələrini əhatə edən 76 vakansiyanı müvafiq elektron platformaya daxil ediblər.
Bəs, görəsən, “Məşğulluq Marafonu”nun başladılmasında əsas məqsəd nədir? Hansı kateqoriyadan olan qazilər işlərə cəlb olunacaq? İşəgötürənlərə hansı güzəştlər nəzərdə tutulur? Orqanizmin müəyyən funksiyasını itirən müharibə əlillərinin gələcəkdə işlə təminatı üçün hansı tədbirlər görülə bilər?
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Məşğulluq Marafonu” qəhrəmanlarımızın məşğulluğuna necə dəstək olur?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – ƏƏSMN yanında ictimai şuranın sədri, professor Elşad Məmmədov, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, MSDİS Holdinq-in İnsan Resursları Departamentinin rəhbəri Xədicə Yusupova və Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla İş Departamentinin müdiri Fatimə Ələkbərova mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: