Fərid Məmmədov: Abşeron DOST Mərkəzi 214 min vətəndaşa xidmət göstərəcək

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin ilk regional mərkəzi olan Abşeron DOST Mərkəzində 214 min vətəndaşa xidmət göstəriləcək.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib. Onun sözlərinə görə, mərkəzdə ümumilikdə 152 xidmət göstəriləcək:
"Bunlardan 17-si yardımçı xidmətlərdir. Məsələn, notariat, bank xidmətləri və s. Mərkəzdə həmçinin 100-dən çox əməkdaş çalışacaq və hər ay 50 könüllü burada işlərə cəlb ediləcək".
875