Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

16:05 - 14 / 07 / 2021
Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

“2020-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkomaniya ilə mübarizə" mövzusunda çıxışında deyib.

O bildirib ki, onlardan 618-i qadındır: “Rəsmi qeydiyyatda olanlardan 15-17 yaş arasında olanlar 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə fərq böyük deyil. Qadınların sayında da artım çox deyil. Bundan başqa, qeydiyyatda olmayanlar da var. Məncə, artım var, amma şiddətli deyil”.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər