Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi? - QƏRAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi? - QƏRAR

12:46 - 14 / 07 / 2021
Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi? - QƏRAR

19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib.

1news.az xəbər verir ki, bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev 1news.az-a açıqlamasında xəbəri təsdiq edib.

1news.az

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər