Azərbaycan paralimpiyaçıları Gürcüstanda təlim-məşq toplantısında iştirak edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan paralimpiyaçıları Gürcüstanda təlim-məşq toplantısında iştirak edəcəklər

Qafar Ağayev17:47 - 15 / 07 / 2021
Azərbaycan paralimpiyaçıları Gürcüstanda təlim-məşq toplantısında iştirak edəcəklər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvləri baş məşqçi İlqar İbişovun rəhbərliyi altında 15 iyul - 04 avqust 2021-ci il tarixlərində Gürcüstanın Bakuriani şəhərində keçirilən beynəlxalq təlim-məşq toplantısında iştirak etmək üçün yola düşüblər.

1news.az xəbər verir ki, təlim-məşq toplantısı Tokio 2020 Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Nəzərinizə çatdırırıq ki, 4 pauerlifterçi Tokio 2020-də ölkəmizi təmsil edəcəklər :

Pərvin Məmmədov (-49 kq)

Nurlan Babacanov (-97 kq)

Elşən Hüseynov (-107 kq)

Şamo Aslanov (+107 kq)

Ümumilikdə Azərbaycan Milli Paralimpiya komandası bu günə 6 idman növündən 34 lisenziya qazanıb. 11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir. Azərbaycan Paralimpiya tarixində bu rekord göstəricidir.

Təlim-məşq toplantısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeyliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər