Şuşa atəşə tutuldu, Ordumuz cavab verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşa atəşə tutuldu, Ordumuz cavab verdi

09:14 - 15 / 07 / 2021
Şuşa atəşə tutuldu, Ordumuz cavab verdi

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

1news.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Məlumata əsasən, atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

1news.az

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər