Göygöl sakini mal-qara otaran zaman minaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöl sakini mal-qara otaran zaman minaya düşüb

09:30 - 15 / 07 / 2021
Göygöl sakini mal-qara otaran zaman minaya düşüb

Göygöl sakini minaya düşüb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Bənövşəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüldü Ocaqquliyev Ramal Kamal oğlu Bənövşəli yaylağında mal-qara otaran zaman minaya düşüb. O, aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər