Sosial şəbəkələrdə qadınlara qarşı zorakılıq – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial şəbəkələrdə qadınlara qarşı zorakılıq – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

S.Xankişiyeva09:36 - 15 / 07 / 2021
Sosial şəbəkələrdə qadınlara qarşı zorakılıq – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Sosial şəbəkələrdə özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. Tural "KOMA" filminin müəllifidir. O, sosial şəbəkədə cəmiyyətə müraciət edərək ictimai yerlərdə açıq-saçıq geyinən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən bloqerlə bağlı araşdırmalara başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Sosial şəbəkələrdə qadınlara qarşı zorakılıq” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – STM-in baş məsləhətçisi Tural İsmayılov, Gender mütəxəssisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, jurnalist Vilayət Muxtar və təhsilin idarəolunması üzrə mütəxəssis Elvin Bədirov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər