Düşmən növbəti dəfə Naxçıvanı atəşə tutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmən növbəti dəfə Naxçıvanı atəşə tutdu

13:55 - 16 / 07 / 2021
Düşmən növbəti dəfə Naxçıvanı atəşə tutdu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

1news.az-ın xəbərinə görə, bu barədə Əlahiddə Ümumqoşun Ordudan bildirilib.

"Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub", - deyə qeyd olunub.

1news.az

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər