Zaqatalada restoran sahibi 200 nəfərlik toya görə 4000 manat cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada restoran sahibi 200 nəfərlik toya görə 4000 manat cərimələndi

S.Xankişiyeva09:38 - 16 / 07 / 2021
Zaqatalada restoran sahibi 200 nəfərlik toya görə 4000 manat cərimələndi

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər