Qurban bayramında qəssablardan COVID-19 pasportu tələb olunacaq

“Hər bir adam öz həyətində qurbanını kəsə bilər. Həmin şəxslər məntəqələrdən istifadə etməyə də bilərlər.”
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev deyib.
Şöbə müdiri qeyd edib ki, Qurban kəsimi məntəqələrində fəaliyyət göstərəcək qəssablar həkim müayinəsindən keçmiş şəxslər olacaq:
"Həmin şəxslərdən COVID-19 pasportu tələbi ediləcək. Yəni, vaksinin ən az birinci dozasını qəbul etmiş şəxslər olacaq".
1news.az
410