Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, yaralananlar var

S.Xankişiyeva16:42 - 17 / 07 / 2021
Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, yaralananlar var

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb.

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər